MDB PA DİMBİ Bakı filialı
Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasındakı Saziş əsasında demokratiya və parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində qabaqcıl təcrübənin ümumiləşdirilməsi məqsədi ilə 27 mart 2007-ci ildə təsis olunmuşdur. 23 avqust 2008-ci ildə Filialın Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təqdimatı keçirilmişdir.
MDB PA DİMBİ Bakı filialı аnalitik, мetodik, tədris-məsləhətçi fəaliyyəti həyata keçirir.
Fəaliyyət göstərdiyi müddətdə filial Azərbaycan Respublikasının Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və digər dövlət hakimiyyəti orqanları, elm və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərir.
Bu istiqamətlərlə yanaşı, Filial həm Azərbaycanda, həm də MDB PA iştirakçısı olan dövlətlərində seçkilərin və referendumların təşkili və keçirilməsinin uzunmüddətli və qısamüddətli müşahidəsini aparır.
Fəaliyyətə başladığı andan MDB PA DİMBİ Bakı filialının əməkdaşları beynəlxalq müşahidəçi qismində MDB PA-nın iştirakçı dövlətlərində keçirilən müxtəlif seçkilərin monitorinqlərini aparıb, həmçinin MDB PA-nın iştirakçı dövlətlərinin Bakı şəhərində yerləşən səfirliklərində səsvermənin təşkili və keçirilməsinin müşahidə ediblər.
Filial MDB PA-dan olan beynəlxalq müşahidəçi qruplarının Azərbaycan Respublikasında keçirilən seçkilərdə fəaliyyətinə daim dəstək verir və bu Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2024-cü il tarixində keçirilmiş son növbədənkənar seçkilərində və Azərbaycan Respublikası Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar seçkilərdə də davam etmişdir.