Belarus Kommunist Partiyasında gənc namizədlərə üstünlük verilib
23/02/2024
MDB PA-dan olan müşahidəçilər Vladimir Andreyçenko ilə görüşüblər
24/02/2024
Show all

“Ağ Rusiya”nın nümayəndələri Belarusda seçki qanunvericiliyinin şəffaflığından və açıqlığından danışırlar

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev MDB PA monitorinq qrupunun tərkibində Belarusun “Ağ Rusiya” partiyasının rəhbərliyi ilə görüşüb. Bu, Belarusda qeydiyyatdan keçmiş ən çoxsaylı partiyalardan biri olmaqla, 2023 – cü ildə yaradılmış ən gənc partiyadır. Təxminən 45 min üzvü var.

“Ağ Rusiya”nın 112 nəfər üzvü parlamentə, 5187 nəfər üzvü yerli Şuralara namizəd kimi irəli sürülüb. Partiyadan olan müşahidəçilərin hazırlanması istiqamətində böyük işlər görülür, seçkilərin monitorinqində 2305 nəfər iştirak edəcək. Partiyanın namizədləri bütün seçki komissiyalarında vardır.

Partiyadan olan namizədlərinin 33 faizi 45 yaşa qədər, 3 faizi 60 yaşdan yuxarıdır. Qadınlar namizədlər arasında 45 faiz təşkil edir.

“Ağ Rusiya”nın nümayəndələri müşahidəçiləri öz proqramları ilə tanış etdilər. Partiya fəal şəkildə təşviqat işinə qoşulub, əmək kollektivləri ilə görüşlərə böyük üstünlük verir.

Müşahidəçilərin suallarını cavablandıran partiya sədrinin müavini Andrey Basak xarici seçki məntəqələrinin açılmaması qərarını düzgün adlandırıb. “İstəyirsənsə, gəl və səs ver, səs vermək hüququ saxlanılır” – partiya nümayəndəsi bildirib. Onun sözlərinə görə, hər bir ölkədə məntəqə açmaq və xoş olmayan niyyət şəraitində seçki prosesinin təhlükəsizliyini təmin etmək imkanı yoxdur.

Andrey Basak MSK-nın işini yüksək qiymətləndirdi və Belarusda seçki qanunvericiliyini açıq və şəffaf adlandırdı.

Partiya sədrinin müavini Belarus Respublikasının vətənpərvər qüvvələrinin Qərargahında digər partiyalar və ictimai birliklər ilə birgə fəaliyyətə də müsbət qiymət verib. Qərargah “Ağ Rusiya”nın təşəbbüsü ilə yaradılıb.

MDB PA Şurasının Baş katibi Dmitri Kobitski partiya ilə görüşdə Assambleyadan olan müşahidəçilərin öz rəylərini hazırlayarkən yalnız şəxsi müşahidələrə və faktlara əsaslandıqlarını, şayiələrdən və fərziyyələrdən istifadə etmədiklərini bildirdi. “Ona görə də beynəlxalq müşahidəçilərə seçkilər haqqında “ilk mənbədən” – seçki prosesinin bilavasitə iştirakçılarından məlumat alması vacibdir”, – deyə Baş katib monitorinq qrupunun vəzifələrindən danışarkən vurğulayıb.

Qeyd edək ki, Belarusda parlament seçkiləri 25 fevral 2024-cü il tarixinə təyin edilib. Bütün deputat korpusu vahid səsvermə günü formalaşacaq. Birmandatlı seçki dairələri üzrə Nümayəndələr Palatasının 110 deputatı və yerli Şuraların 12514 deputatı seçiləcək. Yeni tərkib beş il müddətinə seçilir.

Deputatlığa namizəd olaraq 298 namizəd imza toplama yolu ilə, əmək kollektivləri və siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 265 nəfəri MSK tərəfindən qeydiyyata alınıb. Namizədlərin 92 nəfəri və ya 34,7 faizi qadın, 10 namizəd 31 yaşdan kiçikdir.