Директор Бакинского филиала МИМРД МПА СНГ Рамин Рзаев принял участие на Международном круглом столе «Роль народной дипломатии в развитии российско-азербайджанских отношений»
20/02/2024
MDB PA-dan olan müşahidəçilər parlament seçkilərində iştirak edən partiyaların rəhbərliyi ilə Minskdə görüşlər keçiriblər
23/02/2024
Show all

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev “Rusiya-Azərbaycan münasibətlərinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda beynəlxalq dəyirmi masada iştirak edib

Bakıdakı Rus evində “Rusiya-Azərbaycan münasibətlərinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Tədbir “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı və “Rusiya Xalqları Assambleyası” Ümumrusiya İctimai Təşkilatı tərəfindən Bakıdakı Rus evi, Ümumdünya İctimai Sammit İdarəsi, Rusiya Federasiyası Dövlət Dumasının Millətlərin İşləri üzrə Komitəsi, Rusiya İctimai Palatasının millətlərarası, dinlərarası münasibətlər və miqrasiya Komissiyası, Ümumrusiya “Xalqların həyat naminə birgə yaradılışı” İctimai Hərəkatının (Senejski Forumu) dəstəyi ilə təşkil edilib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov tədbir iştirakçılarını salamlayıblar.

Beynəlxalq dəyirmi masanın moderatorları qismində Rusiya Xalqları Assambleyası Şurasının sədri, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Svetlana Smirnova və Bakı Slavyan Universitetinin professoru, Azərbaycanın Əməkdar jurnalisti Şəlalə Həsənova çıxış ediblər.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, görkəmli ictimai və mədəniyyət xadimləri, qeyri-hökumət və hökumətlərarası təşkilatların, gənclər və milli-mədəni ictimai birliklərin, Azərbaycan Respublikası və Rusiya Federasiyasının elmi-təhsil ictimaiyyətinin nümayəndələri,  “Xalq diplomatiyasının lideri” müsabiqəsinin iştirakçıları, xalq diplomatiyası sahəsində ekspertlər, media nümayəndələri iştirak ediblər.

Dəyirmi masada iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi, etnomədəni irsin qorunması sahəsində səriştəliliyin artırılması, habelə Rusiya və xarici ictimai liderlərin aşkar edilməsi və dəstəklənməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.