18 mart 2022-ci il tarixdə MDB PA DİMBİ Bakı filialının 2021-ci ildə gördüyü işlərin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA-nın Şura Katibliyinin rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan İliç Muşket, həmçinin MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov və filialın əməkdaşları iştirak etmişlər.
Müşavirəni açan MDB PA DİMBİ-nin direktoru İvan İliç Muşket tədbir iştirakçılarına səmərəli iş arzulamışdır.
MDB PA DİMBİ Bakı filialının direktoru öz məruzəsində filialın 2021-ci ildə gördüyü işlərin yekunları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov gənclərlə işin genişləndirilməsi təklifi ilə çıxış etmişdir.
MDB PA DİMBİ-nin direktor müavini Yelena Viktorovna Yeremenko MDB PA DİMBİ və MDB PA DİMBİ Bakı filialı arasında 2022-ci ildəki qarşılıqlı fəaliyyətinin təşkilati məsələlərinə diqqət yetirmiş, habelə “MDB-də tələbə əməkdaşlığı” kimi qarşıda duran mühüm tədbirlər, Kişinyov Konvensiyasının 20 illiyinə həsr olunmuş konfrans və s. barədə məlumat vermişdir.
Müşavirə müzakirə formasında davam etdirilmiş, MDB PA DİMBİ Bakı filialının 2022-ci il üçün planları müzakirə olunmuşdur.
Məruzə və diskussiyaların nəticələrinə görə 2021-ci ildə filialın fəaliyyəti qənaətbəxş hesab edilmişdir.