Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş
19/10/2021
Qırğızıstan Respublikasının Joqorku Keneşinə (Parlament) deputat seçkiləri keçirilmişdir.
29/11/2021
Show all

Özbəkistan Respublikasında prezident seçkiləri

24 oktyabr 2021-ci il tarixində

baş tutmuşdur. Seçkilərin təşkili və keçirilməsinin müşahidəsi məqsədi ilə MDB PAA Şurası Katibliyində üzv ölkələrin parlamentariləri, ekspertlər və MDB PAA DİMBİ əməkdaşlarının da daxil olduğu nümayəndə heyəti formalaşmışdır.
Nümayəndə heyətinin tərkibinə daxil olan MDB PAA DİMBİ Bakı filialının 2 əməkdaşı Özbəkistan Respublikasının Mərkəzi Seçki komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçərək 24 oktyabr 2021–ci il tarixdə bu ölkənin Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən səfirliyində yaradılmış 27 saylı seçki məntəqəsində səsvermənin təşkili və keçirilməsini müşahidə etmişlər.
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları səsvermə qutusunun möhürlənməsi ilə başlayan səsvermə prosesini günün sonuna qədər izləmiş, səslərin sayılması və səsvermənin nəticələri haqqında protokolun tərtib olunması daxil olomaqla bütün prosesləri müşahidə etmişlər.
Müşahidəçilərin müşahidələrinə əsasən səsvermə prosesi hər hansı qanun pozuntusu qeydə alınmamaqla davam etmiş və başa çatmışdır.