Gənclər arasında keçirilmiş “Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
15/10/2021
Özbəkistan Respublikasında prezident seçkiləri
26/10/2021
Show all

Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş

19 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilmişdir. Görüşdə MDB PAA DİMBİ Bakı filialının direktoru T. Muradov, Filialın müşaviri A. Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərov və İnkişaf layihələri sektorunun müdiri G. Qurbanova iştirak etmişlər.
Görüş, 15 oktyabr 2021-ci ildə başa çatmış “Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” adlı inşa-yazı müsabiqəsinin təşkili və keçirilməsi, eləcə də nəticələrinin müzakirəsinə həsr olunmuşdur. Görüşdə MDB PAA DİMBİ Bakı filialının direktoru T. Muradov inşa-yazı müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsədin yeni nəsil gənclərin Azərbaycan tarixi ilə daha yaxından tanışlığa yol açdığını, gənclərin özünüifadə imkanlarının, maraq dairələrinin genişlənməsinə xidmət etdiyini, bu tip layihələrin köməyi ilə MDB PAA Şurası Katibliyinin Azərbaycan gənclərinin inkişafına dəstək verdiyini bildirmişdir. Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müavini H. Əsgərov inşa-yazı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsini, müsabiqə nəticələrinin obyektiv qiymətləndirilməsini və müsabiqədə yer tutan və fərqlənən gənclərə qiymətli hədiyyələrin və xatirə hədiyyələrinin təqdim edilməsini yüksək qiymətləndirdi. Görüşdə iştirak edən sözügedən müsabiqədə münsiflər heyətinin üzvü olmuş MDB PAA DİMBİ Bakı filialının müşaviri A. Cəfərov işlərin qiymətləndirilməsi meyarlarından və gənclərin müraciət etdikləri mövzulardan söz açdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri G. Qurbanova isə gənclər arasında keçirilən inşa-yazı müsabiqələrinin gənclərin inkişafına müsbət təsirindən, MDB PAA DİMBİ Bakı filialı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin bu tip tədbirlərin gələcəkdə də birlikdə təşkili və keçirilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarından söz açdı.
Görüşün sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə MDB PAA DİMBİ Bakı filialı arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də ictimai aktual və şagird-gənclərin maraq dairələrinə uyğun mövzularda birgə tədbir və layihələrin gələcəkdə də təşkili və keçirilməsi təcrübəsinin davam etdirilməsi qərara alındı.