Moldova Respublikasında növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi
11/07/2021
Gənclər arasında keçirilmiş “Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
15/10/2021
Show all

Rusiya Federasiyasının səkkizinci çağırış Federal Məclisinin Dövlət Dumasının seçkilərinin müşahidəsi

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, Rusiya Federasiyasının səkkizinci çağırış Federal Məclisinin Dövlət Dumasının deputatlarının seçkilərini müşahidə etmək məqsədilə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında MDB Parlament Assambleyasının missiyasından beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş Rəmzi Yusifov Rusiya Federasiyasının Bakı şəhərində yerləşən səfirliyində təşkil edilmiş 8017 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib.
Sentyabrın 19-da səsvermə günü MDB PAA DİMBİ Bakı filialının əməkdaşı səsvermənin təşkili və keçirilməsini, habelə məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə etmiş, həmçinin səsvermə günü seçki məntəqəsinin açılışında, bağlanmasında və səslərin hesablamasında iştirak etmişdir.
Qeyd edək ki, səsvermənin gedişi ilə bağlı məlumatlar mütəmadi olaraq MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim edilmişdir.