“Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü”
01/06/2021
“İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları”
01/07/2021

16 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının direktoru Teymur Muradov ilə Hüquq və İnsan Haqları İnstitutunda həmin İnstitutun rəhbəri Aytən Mustafazadə ilə göruş keçirilmişdir.

Görüş zamanı tərəflər demokratiya, parlamentarizm, insan hüquq və azadlıqları sahəsində qarşılıqlı əməkdaşlıq, bu sahələrdə birgə elmi tədqiqatların aparılması, müvafiq məlumatların toplanması, ümumiləşdirilməsi, qarşıya qoyulmuş məqsədlərin icrasında brgə fəaliyyətin təşkili məsələlərini müzakirə etmişlər.

Görüşün sonunda tərəflər əməkdaşlıq münasibətlərinin effektivliyinin təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyət haqqında Memorandumun imzalaması qərarına gəlmişlər.

Qeyd etmək lazımdır ki, Memorandumun MDB PAA DİMBİ Bakı filialı ilə Hüquq və İnsan Haqları İnstitutu arasında birgə fəaliyyətin təşkili ilə yanaşı kadr mübadiləsinə də imkan verəcəkdir.