Подписаны соглашения между Секретариатом Совета МПА СНГ и двумя ведущими вузами Таджикистана
09/10/2020
Миссия наблюдателей от СНГ дала оценку выборам Президента Республики Таджикистан
14/10/2020
Show all

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistan Respublikası Prezidenti seçkilərini müşahidə etmişlər

11 oktyabr 2020-ci il tarixində Tacikistan Respublikasında növbəti Prezident seçkiləri keçirilmişdir. Seçkilərin keçirilməsi haqqında qərar Tacikistan Respublikası Konstitusiyasının 65-ci maddəsinə və “Tacikistan Respublikası Prezidenti seçkiləri haqqında” Konstitusiya Qanununun 6-cı maddəsinə əsasən qəbul edilmişdir. Tacikistan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Prezident seçkilərində səsvermə ümumilikdə 3375 məntəqədə keçirilmişdir. 29 xarici  ölkədə olan  diplomatik nümayəndəliklərdə 39 seçki məntəqəsi fəaliyyət göstərmişdir.

Tacikistan Respublikası Prezidenti seçkilərinə ümumilikdə beş namizəd qeydə alınmışdır:

1) Tacikistan Aqrar Partiyasından – Rüstəm Lətifzoda;

2) Tacikistan Sosialist Partiyasından – Abduxalim Qafforov;

3) Tacikistan Xalq Demokratik Partiyasından, Tacikistanın Müstəqil

Həmkarlar İttifaqları Federasiyasından və Tacikistan Gənclər Birliyindən –

Emomali Raxmon;

4) Tacikistanın İqtisadi İslahatlar Partiyasından – Rüstəm Raxmatzoda;

5) Tacikistan Kommunist Partiyasından – Miroj Abdulloyev.

Tacikistan Respublikası Prezidenti seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Tacikistan Respublikasının seçkilər və referendumlar üzrə Mərkəzi Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları 11 oktyabr 2020-ci il tarixində Tacikistan Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişlər. Səsvermə yerli vaxt ilə səhər saat 07:00-dan saat 20:00-dək davam etmişdir.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları gün ərzində səsvermənin gedişində əldə etdikləri müşahidə məlumatlarını MDB müşahidə missiyasının qərargahına təqdim etmişlər.