Бакинский филиал МИМРД МПА СНГ провел видеоконференцию на тему «Роль государственной молодежной политики в обществе. Достижения и перспективы»
17/06/2020
MDB PAA DİMBİ Bakı filialının direktoru və əməkdaşları Belarusiya Prezidenti seçkilərini müşahidə etmişlər
09/08/2020
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev MDB PAA DİMBİ Kişinyov filialı tərəfindən keçirilən videokonfransda iştirak etmişdir

25 iyun 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev MDB PAA DİMBİ Kişinyov filialı tərəfindən keçirilən

“Moldova Respublikasının vətəndaşlarının seçki davranışına siyasi mədəniyyətin və sosial həmrəylik fenomeninin təsiri” mövzusunda videokonfransda iştirak etmişdir.

Videokonfransda Moldova Respublikasının parlament və hökumət nümayəndələri, Moldova Respublikasının Mərkəzi Seçki Komissiyasının, MDB PAA katibliyinin rəsmi nümayəndələri və ekspertləri, MDB PAA DİMBİ filiallarının müdirləri, siyasi partiya və QHT nümayəndələri, həmçinin müxtəlif sahələr üzrə ekspertlər iştirak etmişlər.

Videokonfransda MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev “İctimai münasibətlər sistemində siyasi mədəniyyət” mövzusunda çıxış etmişdir.

Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşmışdır.