Милли Меджлис Азербайджана рассмотрел законопроекты по повышению качества правосудия
08/06/2020
12 июня — День России
12/06/2020
Show all

MDB PAA DİMBİ Bakı filialı “ Dövlət gənclər siyasətinin cəmiyyətdəki rolu. Nailiyyətləri və perspektivləri ” mövzusunda növbəti videokonfrans keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 11 iyun 2020-ci il tarixində Bakı şəhərində “Dövlət gənclər siyasətinin cəmiyyətdəki rolu. Nailiyyətləri və perspektivləri” mövzusunda videokonfrans keçirmişdir.

Videokonfransda MDB PAA DİMBİ Bakı filialının direktoru və əməkdaşları, QHT və KİV nümayəndələri, müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, Bakı şəhəri üzrə müxtəlif universitetlərin tələbələri, ekspert və ziyalılar iştirak etmişlər.

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev videokonfransı açaraq 2020-ci ildə filial tərəfindən bu formatda artıq ikinci tədbirin keçirildiyini qeyd etdi. O, MDB PAA DİMBİ Bakı filialı tərəfindən bu mövzuda elmi-araşdırma işinin aparıldığını, aparılan elmi-araşdırma işində nəinki ölkəmizdə, eləcə də MDB məkanında  gənclərin inkişafına əsaslanan dövlət siyasəti, bu sahədə yaradılan normativ baza və beynəlxalq öhdəliklərə uyğunlaşma baxımından görülən işlər, gənclərin çoxluq təşkil etdiyi sahələrdən biri olan təhsil sistemində həyata keçirilən dövlət siyasəti, ictimai, siyasi, sosial və digər sahələrdə də gənclərin iştirak xüsusiyyətləri, bu sahədə qüvvədə olan proqramların icrasından irəli gələn işlər, gənclərin idman, bədən tərbiyəsi və olimpiya hərəkatında iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, islahatlar və onların nəticələrilə konfrans iştirakçılarını tanış etdi.

Çıxış edənlər – Azərbaycan Texniki Uiniversitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, Sabirabad Rayonu Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan  Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, MDB PAA DİMBİ Bakı filialının direktor müavini Teymur Muradov, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının büro üzvü, dosent Sədaqət Əbdürəhmanova, İOEUG Gimnastika Məktəbinin direktoru, AGF Könüllülər Proqramının rəhbəri Xəqani Fərəcov, Bakı Dövlət Universitetinin Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, MDB PAA tərəfindən “Seçki hüququ və seçki prosesi məsələləri”nə dair keçirilən viktorinanın qalibi (ikinci yer), BDU-nun hüquq fakultəsinin tələbəsi Səbinə Şükürova, MDB PAA DİMBİ Bakı filialının məsləhətçisi Səbinə Mütəllim-zadə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin nailiyyətləri və perspektivləri ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndirdilər.

Videokonfransın sonunda MDB PAA DİMBİ Bakı filialının 2 dildə hazırladığı paylama vəsaitlər iştirakçılara elektron şəkildə təqdim edildi. Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşdı.