Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin monitorinqini həyata keçirirlər. Bu gün müşahidəçilər artıq bir sıra seçki məntəqələrinin açılışında olmuş, orada seçki qutularının kilidlənməsini və səsvermə prosesinin başlanmasını izləmişlər.
MDB PAA-dan olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru (əlaqələndirici də yazmaq olar), Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodik Safoyev və MDB PAA Şurasının Baş katibi Dmitriy Kobitskiy Bakı şəhəri Səbail rayonu 2 və 4 saylı seçki məntəqələrində işin başlanmasını müşahidə etmişlər.
Gün ərzində Belarus, Qazaxıstan, Qırğız, Moldova Respublikaları, Rusiya Federasiyası, Tacikistan və Özbəkistan Respublikalarından deputatlar, eləcə də MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun əməkdaşları paytaxtın müxtəlif rayonlarında yerləşən dairə seçki komissiyaları və seçki məntəqələrində olmağı planlaşdırırlar. Uzaq məntəqələrdə monitorinq veb-kameraların vasitəsilə onlayn-müşahidə yolu ilə aparılır.
Missiyanın əsas vəzifəsi – müşahidənin yekunları üzrə düşünülmüş və obyektiv rəyin hazırlanması üçün maksimal həcmdə məlumat toplamaqdan ibarətdir.
Seçki ərəfəsində MDB PAA monitorinq qrupu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi, eləcə də seçkilərdə iştirak edən bir sıra siyasi partiyaların rəhbərliyi ilə görüşlər keçirmişdir.