MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin monitorinqini keçirirlər
22/01/2020
MDB PAA DİMBİ Bakı filialının müşaviri və eksperti Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə təşkil etdikləri “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli”nə həsr olunan regional seminar-müşavirədə iştirak etmişlər
23/01/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının müxtəlif şəhərlərində seçki komissiyalarında olmuşlar

MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin uzunmüddətli monitorinqi çərçivəsində Bakı, Sumqayıt, Lənkəran, Lerik, Masallı, Astara şəhərləri və ətraf rayonlarda 16 dairə seçki komissiyasında, həmçinin monitorinqlə əhatə olunan ərazidə yerləşən 20-yə yaxın məntəqə seçki komissiyasında olmuşlar.

Seçki komissiyalarının nümayəndələri müşahidəçiləri seçici siyahılarının dəqiqləşdirilməsi və seçki komissiyaları üzvlərinin təlimi üzrə işin nəticələri, metodik materiallar, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınmasının yekunları və daxil olunmuş şikayətlərlə tanış etmişlər. Bundan başqa, müşahidəçilərə təşviqat tədbirləri, seçicilərlə görüşlərin keçirilməsi və təşviqat materiallarının yerləşdirilməsi üçün yerlərin hazır olması barədə ətraflı məlumat təqdim edilmişdir.

Abşeron rayonu 45 saylı dairə seçki komissiyasının üzvü Tərlan Hacızadə, deputatlığa namizədlərin irəli sürülməsinin yekunları və tərkibi haqqında danışaraq, müşahidəçilərə məlumat vermişdir ki, seçki kampaniyasının ilkin mərhələsində dairə üzrə 33 iddiaçı irəli sürülmüş, onlardan 19 (o cümlədən dörd qadın) namizəd qismində qeydə alınmışdır. 19 qeydə alınmış namizədlərdən üçü partiyalar tərəfindən irəli sürülmüş, 16-ı isə müstəqildirlər. Qeydə alınmamış  iddiaçılardan altı nəfəri ərizələrini geri götürmüş, beş nəfəri onların lehinə toplanmış seçici imzalarını komissiyaya təqdim etməmiş, dörd nəfər isə sənədlərinin düzgün tərtib edilməməsi səbəbindən qeydə alınmamışdır. Qeydiyyatdan keçməyən üç iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına şikayətlə müraciət etmiş, onlardan iki şikayət təmin edilməmiş, biri təmin edilmiş, iddiaçı namizəd qismində qeydə alınmışdır.

Tərlan Hacızadə həmçinin kütləvi seçkiqabağı tədbirlərin keçirilməsi üçün dairənin ərazisində stadion və mədəniyyət evinin ayrılması və namizədlərin bunlardan pulsuz istifadə edə biləcəyi barədə müşahidəçiləri məlumatlandırmışdır. Onun sözlərinə görə seçki komissiyalarının işində heç bir pozuntu aşkar edilməmiş, seçki məntəqələri üyksək hazırlıq səviyyəsindədirlər və səsvermə və ya səslərin hesablanması zamanı elektrik enerjisinin kəsilməsi halında fasiləsiz işin təmin edilməsi üçün artıq elektrogeneratorlarla təchiz edilmişlər.

Seçki komissiyalarında olduqları zaman MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasında da seçki kampaniyasında monitorinqi həyata keçirən Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Təşkilatdan olan müşahidəçilərlə görüşmüşlər.