MDB PAA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin uzunmüddətli monitorinqinə başlamışlar
22/01/2020
MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının müxtəlif şəhərlərində seçki komissiyalarında olmuşlar
22/01/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin monitorinqini keçirirlər

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin uzunmüddətli monitorinqi çərçivəsində işi davam etdirirlər.

15 yanvar monitorinq qrupunun üzvləri Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində olnmuşlar və orada onlar məhkəmənin sədri Fərhad Abdullayev, hakimlər və aparat rəhbərliyi ilə görüşmüşlər. Söhbətin gedişatında müşahidəçilər Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin səlahiyyətləri ilə tanış olmuşlar. Tərəflər parlamentin buraxılması barədə deputat sorğusunun ölkə Konstitusiyasına uyğunluğunun məhkəmə tərəfindən yoxlanılması prosedurunu ətraflı müzakirə etmişlər, bu yoxlamanın nəticələri Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün əsas olmuşdur.

Həmçinin görüş iştirakçıları Birlik ölkələrində dövlət demokratik institutlarının inkişafı, Konstitusiya və seçki qanunvericiliyinin təkmilləşdirilməsi, son nəticədə isə vətəndaşların ictimai hakimiyyətə etibarlıq səviyyəsinin yüksəldilməsində   MDB məkanında seçki proseslərinin xüsusiyyətlərinin açıq və qərəzsiz müzakirəsinin mühüm rolunu qeyd etmişlər. Görüşün sonunda tərəflər  informasiya mübadiləsi və MDB Parlamentlərarası Assambleyası tərəfindən təşkil olunan tədbirlərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndələrinin iştirakı barədə razılığa gəldilər.

Həmin gün müşahidəçilərin qarşıdan gələn seçkilərdə deputatlığa namizədləri irəli sürmüş siyasi partiyalar və ictimai hərəkatların nümayəndələri ilə bir sıra görüşləri keçirilmişdir.

2005-ci ildə qeydiyyatdan keçmiş Azərbaycan Demokratik İslahatlar Partiyası, özü barədə müxalifətyönlü, kiçik və orta biznes, ziyalılar və Azərbaycan Respublikasında formalaşan orta sinifin maraqlarını təmsil edən partiya kimi bəyan edir. İndiki parlamentdə partiyanı onun lideri Asim Mollazadə təmsil edirdi. Növbədənkənar seçkilərdə iştirak etmək üçün Demokratik İslahatlar Partiyası 35 deputatlığa namizəd irəli sürmüşdür. MDB PAA-dan olan müşahidəçilərlə söhbət zamanı Asim Mollazadə cari seçki kampaniyası çərçivəsində partiyanın siyasi proqramı, onun məqsədləri və vəzifələri barədə bəhs etdi və deputatlığa namizədlərin qeydiyyatının başa çatması və seçkiqabağı təşviqata keçid mərhələsində elektoral prosesi qiymətləndirdi. Partiyanın rəhbəri cari seçki kampaniyasını açıq, bütün siyasi qüvvələr və müstəqil namizədlərin nümayəndələrinə passiv seçki hüququnu realizə etmək üçün bərabər imkanları təmin edən kimi xarakterizə etmişdir. Görüş zamanı seçkilərin inzibatlaşdırılması orqanları və dövlət hakimiyyətinin nümayəndələrinin işi ilə əlaqədar hər hansı bir iddialar səslənməmişdir.

16 yanvar Azərbaycan Respublikasının Milli Məclisinə seçki kampaniyasının monitorinqi çərçivəsində tədbirlər Bakı şəhərindən başqa Gəncə şəhəri və ətraf rayonları əhatə edərək, davam etmişlər. Seçki prosesinin əsas siyasi iştirakçıları ilə tanışlıq məqsədilə MDB PAA-dan olan müşahidəçilər parlamentdə təmsil olunan  bir sıra partiya rəhbərliyi ilə görüşlər keçirmişlər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Qüdrət Həsənquliyev müşahidəçilərlə görüşdə seçkilərin növbədənkənar xarakterini Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyinə uyğun hesab etmişdir. O ölkənin siyasi sistemini formalaşmış kimi müəyyən etmiş və onun çoxpartiyalılıq şəraitində fəaliyyət göstərməsinə hazır olduğunu vurğulamışdır, bu isə majoritar sistemdən qarışıq və proporsional seçki sistemlərinə keçid üçün Konstitusiya və Seçki Məcəlləsinin gələcək inkişafı deməkdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası müxalifətyönlüdür və özünün əsas vəzifəsi kimi siyasi islahatların sürətləndirilməsini hesab edir. Cari kampaniya zamanı onun tərəfindən 32 namizəd irəli sürülmüşdür, onlardan 16 qeydə alınmışdır. Partiya liderinin fikrinə görə, seçkilər yüksək siyasi rəqabət mövcudluğu fonunda açıq xarakter daşıyır.

MDB PAA iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun ekspertləri və MDB PAA DİMBİ Bakı filialının nümayəndələrinin tərkibində MDB PAA-dan olan müşahidəçilər beşinci çağırış Milli Məclisin hakim “Yeni Azərbaycan” partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədovla görüşmüşlər. Əli Əhmədov müşahidəçiləri parlament çoxluğu partiyasının cari seçki kampaniyasında iştirakı üzrə planları ilə tanış etmiş və onun liderlik mövqelərini saxlamaq niyyətini vurğulamışdır. Onun sözlərinə görə partiya seçicilər tərəfindən Prezident kursunun dəstəklənməsi, əvvəlki çağırışların deputatlarına hörmət və etibara arxalanaraq, parlamentdə deputat yerlərinin əksəriyyətini qoruyub saxlamağı planlaşdırır. Əli Əhmədov demişdir: “Partiyanın resursu və potensialı əsasən Respublika Prezidenti, “Yeni Azərbaycan” partiyasının rəhbəri İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlarla şərtləndirilmişdir”.

Söhbətin davamında Əli Əhmədov seçkiqabağı təşviqatın strategiyası və  paytaxtda və regionlarda onun keçirilməsi xüsusiyyətlərini müşahidəçilərə təqdim etmiş, eləcə də deputatlığa namizədlərin tərkibini xarakterizə etmişdir. O məlumat vermişdir ki, “Yeni Azərbaycan” partiyasından olan 123 deputatlığa namizəddən 75-i seçki kampaniyasında ilk dəfə iştirak edirlər, 18-35 yaş həddinə çatmamışlar. Namizədlərdən 28-i qadındır.

Cari seçki kampaniyasını qiymətləndirərək, “Yeni Azərbaycan” partiyasının nümayəndələri qeyd etmişlər ki, növbədənkənar seçkilər islahatların, ilk öncə siyasi sahədə islahatların sürətləndirilməsinə təkan verəcəklər. Onların fikrincə, 20 siyasi partiya və böyük sayda müstəqil namizədlərin seçki kampaniyasında iştirakı seçkilərin demokratik xarakteri barədə xəbər verir.

16 yanvar MDB PAA DİMBİ ekspert qrupu və MDB PAA DİMBİ Bakı filialının nümayəndələri həmçinin “Seçkilərin KİV-də işıqlandırılması” adlı seminarda iştirak etmişlər, tədbirdə kütləvi informasiya vasitələrinin işinin etik standartları, gender bərabərliyi və KİV barədə qanunvericiliyə riayət edilməsi məsələləri müzakirə edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları, müstəqil jurnalistlər, blogerlər və  peşəkar jurnalist təşkilatlarının üzvləri iştirak etmişlər.

Bundan başqa, gün ərzində MDB PAA-dan beynəlxalq müşahidəçilər qrupu nümayəndələri Bakı şəhərində dörd dairə və bir neçə məntəqə seçki komissiyasında və Gəncə şəhərində iki dairə və bir sıra məntəqə seçki komissiyalarında olmuşlar. Orada onlar komissiya üzvlərinin təlimi prosesi, seçki məntəqələrinin səsverməyə hazırlığının gedişi və seçici siyahıları ilə işlə tanış olmuşlar.