Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşkili və keçirilməsinin unuzmüddətli monitorinqi çərçivəsində MDB PAA DİMBİ Bakı filialı Ekspert qrupunun üzvləri ilə görüş keçirdi
28/12/2019
MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin monitorinqini keçirirlər
22/01/2020
Show all

MDB PAA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin uzunmüddətli monitorinqinə başlamışlar

MDB PAA iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun direktor vəzifəsini icra edən E.V. Qoloulinanın rəhbərliyi ilə institutun əməkdaşlarından ibarət MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun üzvləri Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlamışlar. Uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PAA DİMBİ Bakı filialının əməkdaşları iştirak edirlər. MDB PAA nümayəndələrinin fəaliyyətinin ümumi əlaqələndirilməsini MDB PAA Şurasının Baş Katibinin müavini Aydın Cəfərov həyata keçirir.

Uzunmüddətli monitorinq proqramı çərçivəsində 14 yanvar 2020-ci ildə MDB PAA-dan olan müşahidəçilərin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşləri baş tutmuşdur. Həmin gün MDB PAA DİMBİ Bakı filialının hazırladığı Azərbaycan Respublikasının regionlarında uzunmüddətli monitorinqin keçirilməsinin təşkilati planının müzakirəsi aparılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında görüş zamanı Məzahir Pənahov MDB PAA nümayəndələrini Milli Məclis deputatlığına namizədlərin qeydiyyatı, eləcə də seçici siyahılarının formalaşması mərhələsində Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi fəaliyyəti, həmçinin məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırmışdır. MDB PAA-dan olan nümayəndələr deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olmuşlar. Məzahir Pənahov böyük sayda namizədlərlə xarakterizə olunan cari seçki kampaniyasının xüsusiyyətlərindən bəhs etmişdir. O həmçinin, qeyd etmişdir ki, deputat mandatına namizədlərin ümumi sayının əhəmiyyətli dərəcədə artması fonunda son illərdə ardıcıl olaraq həyata keçirilən vətəndaşların hüquqi maarifləndirilməsi üzrə proqram bundan əvvəlki seçki kampaniyası ilə müqayisədə sorğu və şikayətlərin sayının azalmasına təsir etmişdir.

MDB PAA nümayəndələri öz növbələrində seçkilərin növbədənkənar xarakteri ilə əlaqədar təşkili xüsusiyyətləri, 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, 17 yanvar 2020-ci il tarixdə start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar vermişlər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər və KİV tərəfindən internet-məkandan istifadə edilməsində artan fəallıq barədə fikir mübadiləsi aparmışlar.

Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbəri ilə görüşdə müşahidəçilər növbədənkənar seçkilərdə iştirak üzrə parlamentdə təmsil olunan partiyaların planları barədə ətraflı məlumat almışlar. Digər məsələlərlə yanaşı, Səfa Mirzəyev dövlət institutların müasirləşməsinə sorğusunu realizə edən gənc nəslin nümayəndələrinin siyasi fəaliyyətində iştiraka motivasiyası ilə əks olunan deputat korpusunun formalaşmasına yanaşmaların dəyişilməsi barədə bəhs etmişdir. Bu dəyişikliklər siyasi sabitlik və davamlılığı təmin etmək məqsədilə təcrübəli siyasətçilərin irəliləyişi ilə balanslaşdırılmışdır. Söhbət zamanı qısamüddətli monitorinq mərhələsində müşahidəçilərin Azərbaycan Respublikasının indiki Parlamentində yüksək təmsilçilik səviyyəsinə malik olan partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilmişdir.

Günün yekunlarına görə MDB PAA DİMBİ Bakı filialında işçi müşavirə keçirilmiş, müşavirənin gedişində uzunmüddətli monitorinq mərhələsində MDB PAA DİMBİ Bakı filialının ekspertləri və əməkdaşlarının Bakı, Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı, Sumqayıt şəhərləri, Abşeron rayonu və ətraf rayonlarına bir sıra yaşayış məntəqələrini daxil edən fəaliyyət planı təsdiq edilmişdir. Həmçinin qısamüddətli monitorinq mərhələsində MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin fəaliyyət proqramının müzakirəsi davam etdirilmişdir.