MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bələdiyyə seçkilərini müşahidə etmişlər
23/12/2019
MDB PAA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin uzunmüddətli monitorinqinə başlamışlar
22/01/2020
Show all

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşkili və keçirilməsinin unuzmüddətli monitorinqi çərçivəsində MDB PAA DİMBİ Bakı filialı Ekspert qrupunun üzvləri ilə görüş keçirdi

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 9 fevral 2020 -ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşkili və keçirilməsinin unuzmüddətli monitorinqinin aparılması məqsədi ilə MDB PAA DİMBİ Bakı filialı ölkənin bu və digər regionlarında seçki dövründə fəaliyyət göstərəcək ekspertlərlə işçi görüş keçirdi.

Görüşdə növbədənkənar Parlament seçkiləri dövründə ekspertlər qrupunun üzvlərinin aparacağı monitorinq istiqamətləri, bu monitorinqlər üzrə hesabatların tərtib edilmə qaydası,müddəti və digər məsələlər müzakirə edilmiş, monitorinq istiqamətləri təsdiq edildi.

Daha sonra ekspertlərə seçki günü səsvermənin təşkili və keçirilməsinin müşahidəsi zamanı məlumatların toplanması ümumiləşdirilməsi və tərtibi ilə bağlı məlumatlar verilmiş, onları maraqlandıran suallara cavablandırıldı.