В Минске прошло очередное заседание Совета постпредов стран СНГ
04/12/2019
Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-na təyin edilib
06/12/2019
Show all

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində yerli müşahidəçilər üçün seminar keçirmişlər

5 dekabr 2019-cu il tarixdə Bakı şəhərində MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yerli müşahidəçilər üçün seminar  keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd aktiv seçki hüququna malik vətəndaşlarının maarifləndirilməsi yolu ilə onların seçkilər barədə biliklərinin genişləndirilməsi, bu yolla seçki hüquq mədəniyyətinin yüksəldilməsi, seçkilərin müşahidə edilməsi barədə müşahidəçilərin maarifləndirilməsidir.

Seminarda yerli müşahidənin aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması qaydaları və digər məsələlərlə bağlı dinləyicilərə məlumat verilmiş, dinləyicilərin sualları cavablandırılmışdır. Seminarın sonunda  iştirakçılara MDB PAA DİMBİ Bakı filialının hazırladığı yaddaş kitabçaları paylanılmışdır.