В Азербайджанской Республике отмечают День Конституции
12/11/2019
Наблюдатели от МПА СНГ определили программу работы на ближайшие дни
18/11/2019
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev və əməkdaşları Belarus Respublikasının Milli Məclisinin Nümayəndələr Palatasına keçirilən seçkilərdə iştirak etmişlər

MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev və filialın daha 3 əməkdaşı 17 noyabr 2019-cu ildə keçiriləcək Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına keçirləcək seçkilərin müşahidəsini həyata keçirmək üçün Belarus Respublikasının Seçkilər və referendumların keçirilməsi üzrə Mərkəzi komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmişlər.

MDB PAA DİMBİ Bakı filialının direktoru E.B. İmaməliyev MDB PAA-dan olan beynəlxalq müşahidəçi qrupunun tərkibində qısamüddətli müşahidəni həyata keçirmək üçün Minsk şəhərinə ezam olunmuş və seçkilərinin təşkili və keçirilməsini müşahidə etmək üçün bir sıra seçki məntəqələrində olmuşdur.

MDB PAA DİMBİ Baki filialının əməkdaşları seçki günü – 17 noyabr 2019-cu il tarixdə Belarus Respublikası Milli Məclisinin nümayəndələr Palatasına seçkilərin təşkili və keçirilməsini müşahidə etmək üçün Belarus Respublikasının Azərbaycandakı səfirliyində olmuşlar. Əməkdaşlar əldə edilən məlumatları mütamadi MDB PAA-da fəaliyyət göstərən seçki qərargahhına təqdim etmişlər.