MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev Belarus Respublikası Milli Məclisi nümayəndələr Palatasının deputatlarının seçkilərinin keçirilməsinə hazırlığını müşahidə etmək üçün Minsk şəhərinə ezam olunmuşdur
21/10/2019
Утверждена Стратегия обеспечения информационной безопасности государств — участников Содружества Независимых Государств, разработанная МПА СНГ
31/10/2019
Show all

MDB PAA DİMBİ Bakı filialı “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 24 oktyabr 2019-cu il tarixində Bakı şəhərində “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arif Rəhimzadə, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Rüstəm Xəlilov, Pərvin Kərimzadə, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB  PAA DİMBİ-nin rəhbərləri Ekaterina Qoloulina, Sergey Karavayev, TÜRKPA-nın Baş Katibin müavini Naurız Aydarov, Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni, MSK, QHT, KİV, Ədliyyə Nazirliyi, Bələdiyyələrlə iş mərkəzinin və siyasi partiyaların nümayəndələri, müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspert və ziyalılar iştirak etmişlər.

Tədbiri MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev açaraq seminarda müzakirə olunan mövzunun çox aktual olduğunu bildirdi: “Məlumdur ki, son illər bələdiyyələrin cəmiyyətdəki rolu və əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır və onlar müasir dünyamızda mütərəqqi proseslərin  aparıcı bir  qüvvəsinə çevrilmişlər.  Bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da artıq bələdiyyələr vətəndaş cəmiyyətinin aparıcı bir qüvvəsi olaraq, yerli dеmоkratiyanın inkişafı, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, vətəndaş cəmiyyətinin inkişafında və  digər istiqmətlərdə öz fəaliyyətləri və gördüyü işlərlə bağlı cəmiyyətdə böyük etimad və rəğbət qazanmışlar. Bu baxımdan da cəmiyyətin ictimai-sоsial həyatında bələdiyyələrin rоlu artdıqca, оnların fəaliyyətinə diqqət də artır və bu qurumların həyata keçirdiyi işlər, onların ictimai mövqeyi, qarşılaşdığı prоblеmlər və sair, bir qayda olaraq, cəmiyyətdə gеniş müzakirə edilir və həmişə maraq dairəsində olurlar.  Məhz buna görə də müхtəlif təbəqələrin təmsilçiləri, tədqiqatçılar və s. tərəfindən belə mövzularla bağlı mütəmadi olaraq elmi-araşdırma işləri, tədbirlər və s. həyata keçirilir”.

Həmçinin Elman İmaməliyev öz çıxışında “MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən də belə bir mövzuda elmi-araşdırma işi aparılıb. Bu araşdırma işinə müxtəlif aspektlərdən yanaşılıbdır. Araşdırma işi 1999-2019-cu illəri əhatə edir və 75-dən çox informasiya mənbəyinə müraciət olunmuşdur. Elmi-araşdırma işini daha da genişləndirmək üçün sizin bu gün ki çıxışlarınız, fikirləriniz, təklif və tövsiyələriniz mütləq nəzərə alınacaq və bu elmi-araşdırma işinə yekun vurulacaq” – vurğulayaraq gələn qonaqlara məlumat verdi.

Çıxış edənlər –Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da  səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arif Rəhimzadə, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Pərvin Kərimzadə, MDB PAA DİMBİ-nin direktoru vəzifəsini icra edən Ekaterina Qoloulina, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədr müavini, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Kooperasiya Universitetinin Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, iqtisad elmləri namizədi, professor Fazil Abbasov, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Dialoq və İnkişaf Beynəlxalq Alyansının sədri Nüşabə Məmmədova vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu ilə bağlı maraqlı fikirlər səslənmiş, şəxsi təcrübələrindən bəhs etmişlər.

Tədbirin sonunda MDB PAA DİMBİ Bakı filialının  2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara paylanmış və tədbir qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşmışdır.