Экспертная группа МИМРД МПА СНГ завершила мониторинг голосования на всеобщих местных выборах в Республике Молдова
October 20, 2019
MDB PAA DİMBİ Bakı filialı “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirmişdir
October 24, 2019
Hamısı

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev Belarus Respublikası Milli Məclisi nümayəndələr Palatasının deputatlarının seçkilərinin keçirilməsinə hazırlığını müşahidə etmək üçün Minsk şəhərinə ezam olunmuşdur

Belarus Respublikası Milli Məclisinin nümayəndələr Palatasının deputatlarının seçkilərinin keçirilməsinə hazırlığının uzunmüddətli monitorinqini davam edərək, Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupu oktyabrın 17-si Minsk şəhərində bir sıra dairə seçki komissiyalarında olmuşdur.

Qrupun tərkibinə MDB PAA iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət edilməsinin monitorinqinin Beynəlxalq institutunun Bakı filialının direktoru Elman İmaməliyev, MDB PAA DİMBİ filialları ilə iş üzrə şöbəsinin rəisi Roman Amburtsev və MDB PAA DİMBİ filialları ilə iş üzrə şöbəsinin müşaviri Anatoliy Fyodorov daxil olmuşdur.

94 saylı Svisloç və 95 saylı Kupalov seçki dairələrinin seçki komissiyalarında olarkən müşahidəçilər deputatlığa namizədlərin qeydiyyatı haqqında məsələ üzrə iclaslarda iştirak etmişlər. İclaslar Belarus Respublikasının seçkilər və respublika referendumlarının keçirilməsi üzrə Mərkəzi komissiyası tərəfindən təsdiq edilmiş Belarus Respublikası yeddinci çağırış Milli Məclisinin nümayəndələr Palatasının deputatlarının seçkilərinin hazırlanması və  keçirilməsi üzrə təşkilati tədbirlərinin Təqvim planına və Belarus Respublikasının qanunvericiliyinə uyğun olaraq keçirilmişdir. Qeydə alınmış namizədlər sonrakı hərəkətləri haqqında məlumatlandırılmış, qeydiyyatlarında imtina edilmiş iddiaçılar isə bu qərardan şikayət etmə imkanı barədə ətraflı izah almışlar.

Bundan əlavə MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev 18 oktyabrda Minsk şəhərində keçiriləcək “Seçki institutu ictimai hakimiyyətin legitimləşdirilməsi mexanizmi kimi” beynəlxalq konfransda iştirak etmişdir.