Члены кыргызской диаспоры в Санкт-Петербурге обсудили проблемы миграции с представителями регионального МВД
27/05/2019
День Республики отмечают в Азербайджане
29/05/2019
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru və mühasibi 23-25 may 2019-cu il tarixində Sankt-Peterburq şəhərində olmuşlar

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev və mühasibi Fatimə Babayeva 23-25 may 2019-cu il tarixində  Sankt-Peterburq şəhərində yerləşən MDB PAA-nın qərargahında olmuşlar. Onlar Tavriyya sarayında Maliyyə-iqtisadi, Kadrlarla iş üzrə idarələrin və Filialların cari fəaliyyəti, təşkilatı məsələləri həlli ilə bağlı görüşlər keçirmişlər. Həmçinin, görüşdə MDB PAA Bakı filialının 2019-cu ilin birinci rübü üzrə gördüyü işlər və 2020-ci ilin iş planı müzakirə olunmuşdur.