MDB PAA DİMBİ Bakı filialı tərəfindən “Seçki hüququ və seçki prosesi məsələləri”nə dair keçirilən viktorina iştirakçılarına sertifikatlar və plaketlər təqdim edildi
May 14, 2019
В Баку обсудили роль НПО в общественно-политической жизни Азербайджанской Республики
May 17, 2019
Hamısı

MDB PAA DİMBİ Bakı filialı “ Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu ” mövzusunda tədbir keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 16 may 2019-cu il tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hikmət Məmmədov, Şahin İsmayılov, MDB PAA-da Azərbaycan Respublikası Milli Məclisin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, müxtəlif ictimaiyyət və elm xadimləri, Fond, QHT, KİV və siyasi partiyaların nümayəndələri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar iştirak etmişlər.

Tədbiri MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmamməliyev açaraq dəyirmi masada müzakirə olunan mövzunun çox aktual olduğunu bildirdi. O, Azərbaycan Respublikasında ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini bildirdi. Eyni zamanda o, uyğun təcrübə mübadiləsinin MDB-yə üzv ölkələr arasında çoxtərəfli qarşılıqlı münasibətlərin inkişafına, eləcə də oxşar sahədə əməkdaşlıq imkanlarının genişlənməsinə yol aça biləcəyini tədbir iştirakçıların diqqətinə çatdırdı.

Həmçinin, MDB PAA DİMBİ Bakı filialı direktoru Elman İmaməliyev Azərbaycan Respublikasında ictimai birliklərin fəaliyyətini tənzimləyən normativ baza; Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi; Fondların cəmiyyətin həyatında rolu; Həmkarlar ittifaqlarının cəmiyyətin həyatında rolu; Peşə birliklərinin cəmiyyətin həyatında rolu; Siyasi partiyaların cəmiyyətin həyatında rolu kimi fəsilləri əks etdirən elmi-araşdırma işinin hazırlandığını və onun qısa xülasəsi əsasında iki dildə nəşr edilən bu əyani vəsaitlərin iştirakçılara paylanacağını bildirdi.

Çıxış edənlər – Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hikmət Məmmədov, Şahin İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktoru, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti Nüşabə Məmmədova, AzTU İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova, AHİK-in  Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidentinin müşaviri Əhməd Qəşəmoğlu,YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının büro üzvü Sədaqət Əbdürəhmanova, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin roluyla bağlı maraqlı fikirlər səsləndirdilər, şəxsi təcrübələrindən bəhs etdilər.

Tədbir  qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında başa çatdı.