MDB PAA DİMBİ Bakı filialı 2019-cu ilin iş planına uyğun olaraq “İçtimai birliklərin cəmiyyətin həyatında rolu” adlı elmi-araşdırma işini aparır. Elmi-araşdırma işinin aparılmasında əsas məqsəd Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik bazasının təkmilləşdirilməsinin, QHT-lərin fəaliyyətinin stimullaşdırılması üçün yaradılan imkanların araşdırılmasından ibarətdir.
Başlanan elmi-araşdırma işinin yekunlaşlaması və müvafiq tədbirin keçirilməsi may ayının sonlarında nəzərdə tutulur.