В Таврическом дворце прошло заседание Совета МПА СНГ
19/04/2019
MDB PAA DİMBİ Baki filialının direktoru və əməkdaşları Kobitskiy Dmitriy Arkadyeviçi – MDB PAA Şurası Katibliyinin rəhbəri-Baş Katib vəzifəsinə təsdiq edilməsi ilə ələqədar ürəkdən təbrik edir və işlərində müvəffəqiyyətlər arzu edirlər
19/04/2019
Show all

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.

Aprelin 18-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib.

İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin sədri bildirib ki, 2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Təklif yekdilliklə qəbul olunub.

Sonra iclas iştirakçıları MDB PA-nın aprelin 19-da keçiriləcək 49-cu plenar iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən seçkilərin monitorinqinin nəticələri, 2018-ci ildə təşkilatın fəaliyyətinin yekunları və digər məsələlər barədə məlumatları dinləyiblər.