MDB PAA DİMBİ Bakı filialının direktoru və bu filialın müşaviri 12-13 fevral 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən konfransda iştirak etmişlər
February 18, 2019
В Баку представлен проект «Парламент волонтеров — Азербайджан, 2019»
February 20, 2019
Hamısı

Tavriya sarayında MDB PAA DİMBİ filiallarının 2019-cı ilə iş planları müzakirə edilmişdir

Tavriya sarayında MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun rəhbərliyi və İnstitutun Bakı filialının direktoru arasında iş toplantısı keçirilmişdir, həmin toplantıda tərəflər keçən ildə aparılan işin nəticələrinə yekun vurmuş və yeni dövr üçün planı korrektə etmişlər.

Toplantıda MDB PAA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi – Aydın Cəfərov, MDB PAA DİMBİ Bakı filialının direktoru – Elman İmaməliyev, MDB PAA DİMBİ Bakı filialının müşaviri – Gültəkin Əsgərova, həmçinin MDB PAA Şurası Katibliyinin rəhbərinin müavini — işlər idarəsinin müdiri Valeriy Nuyanzin, maliyyə-iqtisadi idarəsinin müdiri Yevqeniy Bobryakov, kadrlarla iş üzrə idarənin müdir müavini – kadrlar şöbəsinin müdiri – Marina Belova və hüquq şöbəsinin müdiri – Stanislav Konyuxov iştirak etmişlər.

Toplantı iştirakçıları filialın 2018-ci ildə iş planının realizə edilməsi barədə hesabatını müzakirə etmiş və 2019-cu ilə iş planını korrektə etmişlər. Xüsusi diqqət MDB PAA iştirakçısı olan dövlətlərdə İnstitutun filialları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, həmçinin MDB PAA DİMBİ müdiriyyəti və filiallar arasında ümumi tədbirlərin təşkili və həm Assambleyanın qərargahı, həm də iştirakçı dövlətlərdə keçirilən MDB PAA tədbirlərində filial nümayəndələrinin iştirakı suallarına yetirilmişdir.