Эксперты из стран СНГ обсудили в Минске меры по сохранению памяти о героизме борцов с фашизмом
February 18, 2019
Tavriya sarayında MDB PAA DİMBİ filiallarının 2019-cı ilə iş planları müzakirə edilmişdir
February 18, 2019
Hamısı

MDB PAA DİMBİ Bakı filialının direktoru və bu filialın müşaviri 12-13 fevral 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən konfransda iştirak etmişlər

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev və bu filialın müşaviri Gültəkin Əsgərova 12-13 fevral 2019-cu il tarixində MDB PAA DİMBİ və MDB İştirakçısı olan Dövlətlərin Gənclər Parlamentlərarası Asambleyasının təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində təşkil olunan “Gənc seçicilər və namizədlər: seçmək hüququndan seçilmək hüququna doğru” adlı beynəlxalq konfransda iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfər etmişlər. MDB PAA-ya üzv olan dövlətlərdən deputatlar, seçki komisiyyalarının rəhbərləri və əməkdaşları, elm ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransada MDB PAA DİMBİ Bakı filialının direktoru E. İmaməliyev “Gənclərin ölkənin içtimai-siyasi həyatında iştirakına dövlət dəstəyi: Azərbaycan təcrübəsi” mövzusunda çıxış etmişdir. O, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramları barədə ətraflı məlumat vermişdir. Konfransda eyni zamanda  MDB-ya  üzv olan ölkələrdən çox sayda siyasətçilər, sosioloqlar, parlament nümayəndələri və ictimai xadimlər iştirak etmişlər.