10 oktyabr 2018-ci il tarixində Azərbaycan Texniki Universiteti ilə MDB PAA DİMBİ Bakı filialı arasında ikitərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalandı. Sazişi Azərbaycan Texniki Universitetin Rektor əvəzi X.M. Yahudov və MDB PAA DİMBİ Bakı filialının direktoru E.B. İmaməliyev imzaladı. Memorandumun imzalanmasında məqsəd Azərbaycan Texniki Universitetin İctimai fənlər kafedrası ilə siyasi, elmi (təhsil), mədəni, sosial və digər sahələrdə tədqiqatların aparılması, həmçinin qarşılıqlı fəaliyyətin məqsədləri və növlərinə aid olan məlumatların toplanması və ümumiləşdirilməsinin təmini ilə bağlı olan məsələlərin geniş müzakirəsi üçün şəraitin yaradılmasıdır.