Межпарламентской Ассамблее СНГ исполнилось 26 года
27/03/2018
Наблюдатели от МПА СНГ находятся с рабочим визитом в Азербайджанской Республике
28/03/2018
Show all

MDB PAA DİMBİ-dən olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşlər

MDB PAA DİMBİ Direktoru D.Q. Qladey və MDB PAA DİMBİ ekspert qrupunun rəhbəri S.L. Tkaçenko, MDB PAA Şurası Katibliyinin Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi A.M. Cəfərov və MDB PAA DİMBİ BAkı filialının Direktoru E.B. İmaməliyev Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər.

Görüşdə Məzahir Pənəhov beynəlxalq müşahidəçilərə seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.