MDB PAA DİMBİ Bakı filialının əməkdaşları və ekspertlərin iştirakı ilə 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı 16.03.2018-ci il tarixində Şəki şəhərində yerli müşahidəçilər üçün seminar keçirilmişdir. Seminarda yerli müşahidənin aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması qaydaları və digər məsələlərlə bağlı dinləyicilərə məlumat verilmiş, dinləyicilərin sualları cavablandırılmışdır. Seminarın sonunda iştirakçılara MDB PAA DİMBİ Bakı filialının hazırladığı yaddaş kitabçaları paylanılmışdır.