Валентина Матвиенко вручила почетные грамоты Совета МПА СНГ в Национальном медицинском исследовательском центре имени В. А. Алмазова
17/02/2018
Подготовлен очередной сборник информационно-аналитических материалов о развитии и деятельности Содружества Независимых Государств в 2017 году
20/02/2018
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru RF Prezident seçkilərinin müşahidəsində iştirak edir

MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev 18 mart   2018-ci ildə Rusiya Federasiyası Prezidenti seçkilərinin təşkili və keçirilməsinə hazırlığın gedişini MDB PAA-dan olan müşahidə missiyası çərçivəsində müşahidə etmək üçün bu ölkənin Mərkəzi Seki Komissiyasında beynəlxalq müşahidəçi qismində akkreditasiyadan keçmişdir.

18-21 fevral 2018-ci il tarixlərində baş tutacaq səfər zamanı o, uzunmüddətli monitorinq çərçivəsində Moskva şəhəri və Vladimir vilayətinin Vladimir şəhərində seçki komissiyalarının fəaliyyəti, təsdiq olunmuş Rusiya Federasiyası Prezidenti seçkilərinin keçirilməsinə hazırlıq üzrə Təqvim planı əsasında görülən işlərlə tanış olacaq. 21.02.2018-ci il tarixdə isə filial rəhbəri RF Sankt-Peterburq şəhərində baş tutacaq beynəlxalq müşahidəçilər üçün seminarda  iştirak edəcəkdir.