Вопросы межпарламентского сотрудничества обсудили в Баку
11/12/2017
ММПА СНГ награждена дипломом за образцовую организацию, подготовку и проведение значимых мероприятий в сфере культуры, образования, инноваций
20/12/2017
Show all

MDB PAA DİMBİ Bakı filialı Bakı şəhərində yerləşən Azərbaycan Xalça Muzeyində “Ənənəvi dəyərlərin cəmiyyətin həyatında rolu və əhəmiyyəti” adlı seminar keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 08 dekabr 2017-ci il tarixində Bakı şəhərində yerləşən Azərbaycan Xalça Muzeyində “Ənənəvi dəyərlərin cəmiyyətin həyatında rolu və əhəmiyyətiadlı seminar keçirmişdir. Seminarda MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev, həmin filialın əməkdaşları, tarix elmləri doktoru, professor Şikar Qasımov, filoloq, professor Həbib Mirzəyev, ilahiyyatçı Ağa Hacıbəyli, Bakı Slavyan Universitetinin “Azərbaycan Multikulturalizmi” kafedrasının müdiri Rauf Hacı, həmin universitetin müəllimləri, “Modern RN” Nitq İnkişafı Mərkəzinin sədri Nigar Muradova, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, gənclər, QHT və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbir MDB PAA DİMBİ Bakı filialının direktoru E. İmaməliyevin salamla nitqi ilə başlamış, daha sonra seminarda Ənənəvi dəyərlərin cəmiyyətin həyatında rolu və əhəmiyyəti haqqında müxtəlif mövzularda çıxışlar səslənmiş, dinləyicilərə filialın apardığı eyni adlı elmi-araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilmişdir.

Tədbir Azərbaycan Xalça Muzeyinə ekskursiya ilə yekunlaşmışdır.