Qırğız Respublikasının Bakı şəhərində yerləşən səfirliyində 15 Oktyabr 2017-ci il Qırğız Respublikasının Prezidenti seçkilərinin müşahidəsi
25/10/2017
Бакинский филиал МИМРД МПА СНГ завершил исследование «Роль и значение традиционных ценностей в жизни общества»
24/11/2017
Show all

“Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi” adlı seminar keçirilmişdir

MDB PAA DİMBİ Bakı filialı 13.11.2017-ci il tarixində Sabirabad rayonunda “Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi” adlı seminar keçirmişdir. Seminarda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı – N. İsmayılov,  Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – H. Həsənov, MDB PAA Şurası Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi – A. Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı – E. Quliyev, MDB PAA Şurası Katibliyi rəhbərinin müavini, MDB PAA DİMBİ direktoru – D. Qladey; MDB PAA DİMBİ Bakı filialının direktoru – E. İmaməliyev, həmin filialın əməkdaşları, Sabirabad rayon məhkəməsinin sədri – F. Pənahov, Azərbaycan Respublikası Milli Məclisin Həmkarlar İttifaqı Komitəsinin sədri – R. Qafarov, Professor, Tarix elmləri doktoru – Ş. Qasımov, Professor – S. Namazov, Azərbaycan Respublikası DİN Sabirabad rayon şöbəsinin rəisi – N. Camalov, Sabirabad rayon Təhsil şöbəsinin müdiri – P. Qarayev, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi – N. Quliyev, Sabirabad şəhəri 64 saylı dairə seçki komissiyasının sədri – Ş. İmanov, Sabirabad rayon bələdiyyəsi sədrinin müavini – Z. Əskərov, mətbuat və Sabirabad rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir, Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlamış, daha sonra seminarda Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi haqqında müxtəlif mövzularda çıxışlar səslənmiş, dinləyicilərə filialın apardığı eyniadlı elmi – araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilmişdir.

Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşmışdır.