“MDB PAA iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminar keçirmişdir.

Sankt-Peterburqda MDB PAA-nın payız sessiyası başa çatıb
April 26, 2017
Elman İmaməliyev Sankt-Peterburq şəhərində 14-cü Avropa Konfransında iştirak edir.
June 16, 2017
Hamısı

“MDB PAA iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminar keçirmişdir.

MDB PAA DİMBİ Bakı filialı 18.04.2017-ci il tarixində Lerik rayonunda “MDB PAA iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminar keçirmişdir. Seminarda Milli Məclisin deputatları (Hadı Rəcəbli, İqbal Məmmədov, Rüfət Quliyev), Lerik Rayon rəhbərliyi (Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Lerik rayon icra hakimiyyətinin başçısının müavini, Lerik rayon məhkəməsinin sədri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lerik rayon bölməsinin rəisi, Lerik rayonunun Prokuroru, Lerik rayon Təhsil şöbəsinin sədri, rayon səhiyyə şöbəsinin nümayəndəsi, Lerik rayon bələdiyyəsinin sədri, 78 saylı Lerik dairə seçki komissiyasının nümayəndəsi), MDB PAA-dan gələn qonaqlar (MDB PAA Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi – Aydın Cəfərov, MDB PAA DİMBİ direktoru – Qladey Dmitriy Qeorqiyeviç, MDB PAA DİMBİ eksperti – Barışnikov Dmitriy Nikolayeviç), MDB PAA DİMBİ Bakı filialının Direktoru (Elman İmaməliyev), həmin filialın əməkdaşları, ekspertləri və mətbuat nümayəndələri iştirak etmişlər. Tədbirdə MDB PAA iştirakçısı olan dövlətlərdə keçirilən demokratik islahatlar və Azərbaycan Respublikasının təcrübəsi haqqında müxtəlif mövzülarda çıxışlar edilmişdir. Seminarda həmçinin dinləyicilərə filialın apardığı eyniadlı elmi – araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilmişdir.
Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşmışdır.