MDB PAA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə tədbir keçirmişdir
April 24, 2017
Hamısı

MDB PAA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasının (PAA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümümxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçirib.
MDB PAA-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşənən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölıüşüb.
MDB PAA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.
Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.